- Baxış sayı: 72
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 87
- Avqust 10, 2026
- 0

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda fərdi çıxışlarda finallara start verilib.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Zöhrə Ağamirova halqa ilə çıxını başa vurub.
Gimnastımız 33,600 bal toplayaraq, 5-ci olub. Bu proqramda qızıl medalı Darya Varfolomeyeva (Almaniya, 35,550) qazanıb. Növbəti yerləri Sofiya Raffaeli (İtaliya, 35,550) və Yeva Brezaliyeva (Bolqarıstan, 34,650) tutublar.
Zöhrəni lentlə final mərhələsində çıxış gözləyir. Bundan başqa qrup hərəkətləri yığmamız 2 finalda yarışacaq.