Dünya kuboku Bakıda

Bu gün Bakıda bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli yarış start götürəcək.

Allsport.az xəbər verir ki, milli gimnastika arenasında təşkil ediləcək dünya kuboku 3 gün davam edəcək.

Yarışda 41 ölkəni təmsil edən 116 gimnast mübarizəyə qoşulacaq.

Gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq.

Həmin kateqoriyadan