Ukraynalılar belaruslu ilə yarışmaq istəmədilər. Bədii gimnastikada yeni qalmaqal

Bədii gimnastika üzrə beynəlxalq mövsüm davam edir.

Allsport.az xəbər verir ki, Rusiya idmançıları ölkə daxilində yarışdığı halda, belarusiyalılar neytral status alıb və müxtəlif yarışlarda iştirak edirlər.

Beləliklə, Alina Qornoskonun iştirakçılar arasında olduğu Sofiyada dünya kubokunun növbəti mərhələsi keçirilib. Yunanıstandakı turnirdən sonra 2020-ci il olimpiadasının bürünc mükafatçısı Bolqarıstana yollanıb. Burada heyət daha güclü idi – Bolqarıstan komandasının iki lideri Boryana Kalain və Stilyana Nikolova, israilli Daria Atamanov və italyan Sofiya Raffaeli. Belə rəqiblərlə və uzun fasilə ilə Qornoskonun medal şansı çox olmayıb.

Bütün bunlara əlavə olaraq, turnirin özündən əvvəl Alina üçün heç də xoş olmayan bir vəziyyət baş verdi. İlkin olaraq belaruslu üçüncü qrupa düşmüşdü və püşkatmaya əsasən, Ukrayna millisinin iki nümayəndəsi: Taisiya Onofriyçuk və Viktoriya Onoprienko arasında mübarizə aparmalı idi.

Çoxnövçülüyün ilk günündə Qornosko başqa axına köçürüldü. Əvvəlcə belə bir qərarın təfərrüatları yox idi, lakin sonradan Ukrayna gimnastika federasiyasının sosial şəbəkələrində aşağıdakı mesaj göründü:

“Ukrayna gimnastika federasiyası beynəlxalq gimnast federasiyası-FIG və onun prezidenti Morinari Vatanabeyə belaruslu “fərdi neytral idmançı” Alina Qornoskonun Sofiyada (Bulqariyada) keçirilən bədii gimnastika üzrə dünya kubokunda eyni axarda çıxışının yolverilməzliyi ilə bağlı rəsmi müraciət edib”.

Həmin kateqoriyadan