FIFA millimizin nəticələrini yeni reytinq hesablama sistemi ilə qeydə alacaq

FIFA yeni hesablama sistemini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, yenilənmiş reytinq Rusiyada keçiriləcək dünya çempionatından sonra tətbiq olunacaq. Qaydaya əsasən, beynəlxalq yoldaşlıq görüşü üçün 10, qeyri rəsmi oyunlar üçün 5 xal nəzərdə tutulub.

Millətlər liqasının qrup mərhələsində yığmaların aktivinə 15, pley-off və final üçün 25 xal əlavə olunacaq. Həmçinin FIFA qitə və dünya çempionatlarının final mərhələlərinin seçmə oyunları üçün 25, qitə çempionatlarının final mərhələsində 1/4 finaladək oyunlar üçün 35 xal nəzərdə tutulub.

Qitə çempionatlarının 1/4 final mərhələsindən sonrakı oyunlar və FIFA konfederasiyalar kubokunun bütün oyunları üçün komandalar 40, dünya çempionatının 1/4 final mərhələsinədək oyunlar üçün 50, dünya çempionatının 1/4 final mərhələsindən sonrakı oyunlar üçün 60 xal qazanacaqlar. Bu görüşlərdə qələbə 1, heç-heçə 0,5, məğlubiyyət isə 0 əmsalla qiymətləndiriləcək.

Digər tərəfdən, qitələrarası reytinq ləğv olunacaq. Hazırda istifadədə olunan versiyada Avropa və Cənubi Amerika komandaları ilə oyunlara Afrika, Şimali və Mərkəzi Amerika, Asiya, Okeaniya yığmaları ilə görüşlərdəkindən daha çox xal hesablanır.

 

Həmin kateqoriyadan