- Baxış sayı: 31
- 26 Aprel 2024 16:54
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan konqresin növbəti iclası 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə qərar FIG-in Tokioda keçirilən 81-ci toplantısında qəbul olunub.
Qurumun paytaxtımızda təşkil olunacaq konqresində təşkilata üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər. Xatırladaq ki, Bakı bu mötəbər tədbirlə yanaşı, 2017-ci ildə FIG-in Şura iclasına da ev sahibliyi edəcək.
Yeri gəlmişkən, dünən FIG özünün yeni prezidentini seçib. Bu, yaponiyalı Morinari Vatanable olub.