- Baxış sayı: 22
- 26 Aprel 2024 15:21
- Baxış sayı: 48
- Aprel 23, 2024
- 0
Premyer liqasının 18-ci turunda “Səbail”i qəbul edəcək “Kəpəz” klubu bərpanın (sauna, baseyn, massaj) ardından, bu gün məşqlərə start verib. Allsport.az saytı xəbər verir ki, komandanın ilk hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında olub.
“Sarı-göylər” fevralın 28-i və martın 1-də Bakı olimpiya stadionunun yardımçı meydançasında məşq edəcək. Hazırlıq prosesləri saat 11:00-a təyin olunub.
“Kəpəz” oyun öncəsi son məşqinə martın 2-də Gəncə şəhər stadionunda cıxacaq.