Georgi Çixradze: Rəqibi böyük fərqlə üstələyə bilərdik

«Yaxşı qol məqamlarımız vardı. Biz heç də bunların hamısından istifadə etmədik. Düşünürəm ki, qələbəyə haqq etdik». Bunu allsport.az saytına açıqlamasında «Simurq» klubunun baş məşqçisi Georgi Çixradze dedi.

Zaqatala təmsilçisinin Premyer liqanın 13-cü turunda ev sahibi «Qəbələ»ni 3:2 məğlub etdiyi matçda gürcüstanlı mütəxəsis bildirdi ki, oyundan oyuna daha yaxşı çıxış edəcəklər.

«Daha çox qol vəziyyətləri yaratmat üçün mərkəzdə hərəkətliliyimizi artırmışıq. Son görüşü bol qola tərk edirik. Çalışacağıq ki, səhvlərimizin üzərində işləyib, qış fasiləsinədək bacardıqca irəliləyək.

Həmin kateqoriyadan