Haaqadan 4 medalla

Pencak-silat üzrə Azərbaycan millisi Niderlandın Haaqa şəhərində açıq Avropa çempionatında uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.

Gənclərdə Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ustalarda Elxan Cəfərov 2-qat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı üçüncü pillədə başa vurub.
Milli komandamız çempionatda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında yarışıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev turnirdə ədaləti qoruyub.

Həmin kateqoriyadan