Pavloviç və Volkov qarşı-qarşıya

Rusiyalı döyüşçülər Sergey Pavloviç və Aleksandr Volkov iyunun 22-də Səudiyyə Ərəbistanında keçiriləcək “UFC Fight Night” turnirində döyüşəcəklər.

Allsport.az xəbər verir ki, bu barədə promosyonun rəhbəri Dana Uayt məlumat verib.

Əsas döyüş Xəmzət Çimayev və Robert Uittaker (orta çəki) arasındakı qarşılaşma olacaq.

Pavloviç karyerasında 18 qələbə və 2 məğlubiyyət qazanıb. Volkovun hesabında 37 qələbə və 10 məğlubiyyət var.

Həmin kateqoriyadan