“O, yorulmayacaq”

Keçmiş UFC çempionu Maykl Bispinq, Robert Vayttekr və Həmzət Çimayev arasındakı döyüşdə qüvvələr balansını dəyərləndirib.

Allsport.az xəbər verir ki, o, Vayttekrın yorulmuyacağını bildirib:

“Əgər Çimayevin komandasındansınızsa, o zaman özünüzü narahat hiss etməlisiniz. Vayttekrlə mütləq baş verməyəcək şey odur ki, o, yorulmayacaq. O, çox təcrübəli döyüşçüdür, çox uzun müddət yüksək səviyyədə mübarizə aparır. Çimayevin döyüşlər irəlilədikcə təslim olduğunu görmək üçün raket alimi olmaq lazım deyil”.

Həmin kateqoriyadan