Sahib Bağırovdan gümüş

Dubayda stronqmen idman növü üzrə dünya çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, mundialda ölkəmizi 5 nəfərdən ibarət heyət təmsil edib.

Gənclər və idman nazirliyinin dəstəyi ilə yarışa yollanan milli 1 medala sahib olub. Sahib Bağırov (95 kq) 25-dək rəqibi arasında ikinci olaraq gümüş medal qazanıb.

Dünya çempionatı Azərbaycan stronqmen federasiyası üçün əlamətdar olub. Federasiyanın üzvü, beynəlxalq dərəcəli hakim Camal Əhmədzadə ilk dəfə dünya çempionatında ədaləti qoruyub.

Milli komandamızın digər üzvü Elnurə Bağırova ilk dəfə çıxış etdiyi çempionatda medalın bir addımlığında dayanaraq dördüncü olub. Avropa çempionu Nicat Hüseynov (110 kq) zədə səbəbindən mükafatçılar sırasında yer ala bilməyib. O, yarışı səkkizinci pillədə başa vurub.

Həmin kateqoriyadan