“İnşallah, 3-cü dövrədə daha güclü “Sumqayıt” görəcəksiz”

“Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov Antalya toplanışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, kapitan hazırlıqla bağlı bunu deyib:

“Artıq bir həftədi ki, təlim-məşq toplanışımız davam edir. Baş məşqçinin tələblərini tam olaraq yerinə yetirmək üçün daha çox çalışırıq. Artıq burda olduğumuz müddətdə bir yoldaşlıq oyunu da keçirmişik.

Düzdür, qələbə qazanmaq həmişə daha xoşdu, amma, heç-heçə də pis deyil. Səhvlərimiz üzərində çalışıb maksimum dərəcədə yoluna qoymağa çalışacağıq. İnşallah, 3-cü dövrədə daha güclü “Sumqayıt” görəcəksiz”.

Həmin kateqoriyadan