İspaniya çimərlik futbolunda zəifdir – Azərbaycan yığmasına məğlub olub

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017-nin Avropa komandaları arasında ələməsinin 2-ci mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunan yarışda komandamız İspaniya yığmasını 4:2 hesabı ilə məğlub edib.
Komandamızın qollarını İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb. Millimiz növbəti oyununu sentyabrın 8-də İsveçrəyə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan