Avropa çempionatı üçün heyət

Avropa çempionatı üçün heyət

Çimərlik futbolu millisinin Portuqaliyanın Nazare şəhərində Avropa çempionatının seçməsi üçün heyəti açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, “A” divizionunda yer alan komanda yarışa 3 qapıçı – Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, 11 meydan oyunçusu – Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Hüseyn Axundov, Sabir Allahquliyev ilə yollanıb.

Azərbaycan millisi iyulun 1-də İtaliya, ertəsi gün Almaniya, iyunun 3-də İspaniya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan