Jabadan oyun öncəsi təsirli sözlər

Premyer liqanın 9-cu turunda AzAL-a 1:0 qalib gəldiyi matçdan öncə “Bakı”nın paltardəyişmə otağında maraqlı hadisə baş verib. Allsport.az saytı xəbər verir ki, əməkhaqlarının gecikməsinə görə üzgün olan futbolçuları başına toplayan Jaba, onları dediyi bu sözlə qələbəyə kökləyib:

“Bu vəziyyəti əvvəllər mən də yaşamışam. Siz indi gəncsiz, gələcəyiniz qabaqdadır. Hər oyuna dilxor çıxsaz, istənilən rəqibə uduzacaqsız. Necə qəbul edirsiz ki, hamının qapazaltısı olasız?

Udsaq da, kişi kimi uduruq, uduzsaq da, kişi kimi uduzuruq. Vəziyyət düzələr, çəkdiyiniz əziyyətin qarşılığını artıqlamasıyla alarsınız. Kimin komandasında oynadığınızı siz ki yaxşı bilirsiz”.

Həmin kateqoriyadan