“Kəpəz”in stadionunun ot örtüyünün yenilənməsi başa çatıb

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, mayın əvvəllərindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub.

SİS şərkət tərəfindən salınan qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydança təhvil verilib.

Bununla bağlı SİS şirkətinin əməkdaşı Orxan Yunusov klub saytına açıqlama verib: “Şükürlər olsun ki, deyilən vaxtda işləri bitirdik. Bundan sonra “Kəpəz” artıq ev oyunlarını Gəncədə keçirə bilər. Meydança yaxşı vəziyyətdədir, bütün tələblərə cavab verir. Bir müddət öncə şirkətimizin əməkdaşları tərəfindən burada yoxlamalar aparıldı, nəticələr müsbət oldu. Gəncə futbolu, “Kəpəz” üçün xeyrli və uğurlu olsun”.

 

Həmin kateqoriyadan