Kamran Ağayev türklərə verdiyi sözə əməl edə bilmədi

Türkiyə PTT 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Samsunspor”la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Kamran ilk iki turda olduğu kimi, bu dəfə də start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qonaqlar matçın 51-ci dəqiqəsində penaltini qola çevirərək, matçın yekun nəticəsini müəyyənləşdiriblər. Beləcə, Ağayev mövsüm öncəsi verdiyi sözü elə üçüncü turdaca tuta bilməyib. Belə ki, millimizin qolkiperi qardaş ölkə mətbuatına açıqlamasında “Karşıyaka”nın bu mövsüm penaltidən qol buraxmayacağını iddia etmişdi.

Qeyd edək ki “Karşıyaka” üç turdan sonra 4 xalla səkkizinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan