“Lans”dan İlham Əliyevə təbrik

Fransanın “Lans” futbol klubunun prezidenti Jerve Martel Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Allsport.az xəbər verir ki, təbrikdə bunlar qeyd olunub:

“Lans” futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, sizə can sağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik.

Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq”.

Həmin kateqoriyadan