Miçel: Rəqibi yaxşı təhlil etmişik

Bu gün “Qarabağ” klubu “E” qrupunun 3-cü turunda evdə Ukrayna “Vorskla” klubunu qonaq edəcək. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə mətbuat konfransında futbolçumuz Miçel açıqlama verib:

“Bilirik ki, bizi çox çətin və önəmli oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadır. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar.

Ancaq biz də özümüzə güvənirik. Rəqibi yaxşı təhlil etmişik. İnanırıq ki, müsbət nəticə qazanacağıq”.

Həmin kateqoriyadan