MOİK-in inzibatçısı 5, baş məşqçisi 1 oyun cəzalanıb

AFFA intizam komitəsinin toplantısı olub. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionun 10-cu turunun görüşləri ilə bağlı bu qərarlar qəbul olunub:

“Keşlə-2” – MOİK matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunub. Oyunun 41-ci dəqiqəsində “hərbçilər”in inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində MOİK-in baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Səbail-2” matçı təyin olunduğu vaxtdan 7 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunub.

“Kəpəz” – “Şüvəlan” matçının 80-cı dəqiqəsində qonaq futbolçu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.

“Sabah-2” – “Sumqayıt-2” matçında ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Elvin Dəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə edilib.

“Turan Tovuz” – “Zirə-2” matçında “qartallar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Zirə-2” klubunun heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 800 manat ziyana düşüb.

“Zaqatala” – “Ağsu” matçında qonaqların 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Həmin kateqoriyadan