Nazarov “Karlsrue”yə qələbə qazandırdı

Almaniyanın “Karlsrue” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu bu komanda “Zonnenhof Qrossaşpax” ilə qarşılaşıb.

Oyun “Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov meydana 46-cı dəqiqədə çıxıb. Bundan 10 dəqiqə sonra isə o, oyunda hesabı bərabərləşdirən qola imza atıb.

Həmin kateqoriyadan