“Neftçi” və “Qəbələ”nin gürcü legionçuları milliyə dəvət alıb

Gürcüstan millisinin DÇ-2018-in seçmə mərhələsində martın 24-də Serbiya və 3 gün sonra Latviya ilə oyunları üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Vladimir Vayss bu görüşlərə 24 futbolçu dəvət edib.

Qonşumuzun heyətində premyer liqamızda çıxış edən 2 oyunçu da yer alıb. Bunlar “Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiridir.

 

Həmin kateqoriyadan