“Neymar Jr’s Five” yenidən Azərbaycanda

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Neymarın şərəfinə adlandırılan “Neymar Jrs Five” gənclər arasında futbol turnirinə seçimlər növbəti dəfə ölkəmizdə keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu il gənclərə yenidən özünü sınamaq imkanı veriləcək. 2016-cı ildə 47 ölkədən 65000 oyunçudan ibarət 10000-dən artıq komanda dünya çempionu adı uğrunda mübarizə aparıb. Azərbaycandan “DeFacto” turnirin qalibi olmuş və ölkəmizi dünya çümpionatının finalında təmsil etmək üçün Braziliyaya yollanmışdı. Komanda qalib olmasa da, gənc furbolçular dünyanınən yaxşı furbolçuları ilə oynamaq və şəxsən Neymar ilə görüşmək şansı qazanmışdılar.

Turnir adətən altı 18-25 yaşlı oyunçudan ibarət komandalararasında keçirilir. Amma bu il ilk dəfə olaraq hər komandaya 25 yaşdan yuxarı iki oyunçu daxil ola biləcək. Minlərlə komanda kvalifikasiya mərhələsində qalib gəlmək üçün mübarizə aparacaq; onların məqsədi ölkələrində çempionu olub Braziliyada keçiriləcək finala bilet qazanmaqdır. Azərbaycanda kvalifikasiya mərhələsi Quba, Şəki, Gəncə və Bakı şəhərlərində keçiriləcək. Milli final isə, mayın 6-sı Bakıda baş tutacaq. Final yarışları Neymarın vətəni Praya-Qrandidə, “Instituto Projeto Neymar Jr” stadionunda keçiriləcək. Neymar bu şəhərdə böyüyüb, turnirin keçirilməsi üçün əsas götürülən furbol növü olan futzal oynamağı burada öyrənib. Sitat:

“Mən həmişə dostlarımla bu tip futbol oynamışam. Turnir mənə uşaqlığımı xatırladır, bununla çox fəxredirəm. Beş oyunçudan ibarət komandaların yarışdığıoyunlarda qalib gəlmək və rəqiblərin hamısını oyundan çıxarmaq üçün strategiya olmalı, düzgün vaxtda hücumvə müdafiə etməyi bacarmaq lazımdır. Düzgün müdafiə qurmaq çox vacibdir, bu bacarıq turnurdə səni çox irəliapara bilər”.

Beləliklə futbol oynamağı bacaran gəncləri maraqlı yarışda iştirak etməyə dəvət edirik. Qeyd edək ki, qalib komanda Neymarın vətəni Braziliyada təşkil olunacaq dünya çempionatında Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

Müraciət etmək üçün Facebook tədbir səhifəyə daxil olun – http://win.gs/neymarjrs5turnir.

Həmin kateqoriyadan