Nuripaşa Talibov: Bütün boksçularımızdan razı qaldım

“Baku Fires” – “Puerto Riko Hurricanes” görüşündən sonra (4:1) komandamızın baş məşqçisi Nuripaşa Talibov fikriini bildirib. Allsport.az xəbər verir ki, dağıstanlı mütəxəssis bütün rinq ustalarımızdan razılığını ifadə edib:

“Boksçulardan razı qaldım. Bu gün komandamızda yalnız Elvin Məmişzadə məğlub oldu. Mən həmin vaxt Albert Səlimovu növbəti döyüşə hazırlayırdım. Ona görə də Məmişzadənin görüşünü izləyə bilmədim. Ancaq digər məşqçilərin dediklərinə görə, Elvin rəqiblə başa-baş mübarizə apardı.

Heç də Puerto Riko boksçusundan geri qalmadı. Amma nədənsə hakimlər qələbəni rəqibə verdilər. Bu gün Pərviz Bağırovun da döyüşündən razı qaldım. Hər həftə onda bir qədər də irəliləyiş hiss olunur. Arslanbəy Mahmudova gəlincə, o, rinqə çox motavasiya ilə çıxmışdı və çox qısa vaxt ərzində qarşılaşmanın taleyini həll etdi. Belə şaxtalı havada gəlib bizə dəstək olan qubalılara təşəkkür edirəm”.

Həmin kateqoriyadan