Premyer liqada 10-cu tura yekun vuruldu

Bu gün Premyer liqada 10-cu tura yekun vurulub. Sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Allsport.az xəbər verir ki, “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Sabah” səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

“Zirə” – “Sumqayıt” – 2:2
Qollar: Mfo Kqasvane, 3, Riçard Qadze, 58 – Peyman Babayi, 30 (pen.), Əmir Ağayev, 81
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Zirə idman kompleksinin stadionu, 15:00

“Qəbələ” – “Sabah” – 1:2
Qollar: David Volkov, 44 – Cavid İmamverdiyev, 54, Hendrik Ekşteyn, 73
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu, 17:00

Həmin kateqoriyadan