“Qəbələ” ilə oyuna 2 itki ilə

“Sabah” premyer liqanın 16-cı turunda “Qəbələ” ilə oyuna 2 itki ilə çıxacaq. Allsport.az saytı xəbər verir ki, “Zirə”ylə qarşılaşmada qırmızı vərəqə alan Məqsəd İsayev qarşıdakı görüşü buraxmalı olacaq. 

Sarı vərəqə həddini dolduran Təmkin Xəlilzadə də keçmiş komandası ilə oyunu kənardan izləməli olacaq. Fevralın 9-da keçiriləcək matça saat 16:00-da start veriləcək.

Həmin kateqoriyadan