“Qəbələ” Polşa klubuna yenilib

2018/19 mövsümünə Sloveniyada hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Allsport.az saytı verir ki, “qırmızı-qaralar” 3-cü sınaq matçında Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb.

Beltintsidə baş tutan görüşün taleyini 1 qol həll edib. Rəqib ilk yarıda vurduqları qol sayəsində qalib gəlib.

Xatırladaq ki, komandamız bunadək Sloveniyada 2 matç keçirib – Albaniyanın “Kukesi” (1:1) və Xorvatiyanın “Dinamo” (0:2) klubları ilə gücünü sınayıb.

Həmin kateqoriyadan