“Qalatasaray” rəsmən yeni baş məşqçisini açıqladı

Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Allsport.az xəbər verir ki, ötən həftə italiyalı baş məşqçi Çezare Prandellini istefaya göndərən klub rəhbərliyi Türkiyə millisinin baş məşqçi köməkçisi Həmzə Həmzəoğlu ilə rəsmi müqavilə imzalayıb.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, mütəxəssis, bu mövsümün sonuna qədər komandanı çalışdıracaq. May ayında klubda keçiriləcək prezident seçkilərindən sonra yeni rəhbərlik əldə olunmuş nəticələr əsasında baş məşqçinin vəzifəsində qalıb-qalmayacağı barədə qərar qəbul edəcək.

Həmzəoğlu mətbuat konfransındakı çıxışında öz doğma evinə gəldiyini söyləyib: “Təkrar burada olmaqdan xoşbəxt və qürurluyam. Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Məsuliyyətimin fərqindəyəm”.

Həmin kateqoriyadan