- Baxış sayı: 27
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Qalatasaray” 33 yaşlı futbolçuya iddialıdır. İstanbul komandası almaniyalı futbolçunun tərəfi ilə ilkin danışıqlara başlayıb.
Gündoğanın “narıncılar”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm bütün yarışlarda 43 oyun keçirən Gündoğan 5 qol vurub, 10 məhsuldar ötürmə edib.