Balotelli İtaliyaya qayıdır?

“Adana Dəmirspor”un hücumçusu Mario Balotellinin agenti Enzo Rayola futbolçunun yanvarda İtaliyaya qayıda biləcəyini bildirib:

“Mario indi “Adana”nın oyunçusudur və mən bundan artıq heç nə deyə bilmərəm. Amma gizlətməyəcəyəm ki, müəyyən hərəkətlər var. Biz bunun üzərində işləyirik.

Yanvarda “A” Seriyasına qayıtmaq şansınız varmı? Qoy bu, 5% olsun, amma dəqiq heçnə yoxdur”.

Bu mövsüm Balotelli Türkiyədə 5 oyun keçirib və 3 qol vurub. 33 yaşlı hücumçu “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul” və digər klublardakı çıxışları ilə tanınır.

Həmin kateqoriyadan