- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Türkiyə super liqasının 23-cü turunda Şahruddinli “Adanadəmirspor” öz evində Renatlı “Hatayspor”la qarşılaşıb.
Allsport.az xəbər verir ki, görüş Dadaşovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər 2 həmyerlimiz oyuna start heyətdən başlayıb. Məhəmmədəliyev 90 dəqiqə meydanda olsa da, Hatay klubunun 9 nömrəsi 48-ci dəqiqədə sarı vərəqə alıb və 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Hatayspor” 10 oyunluq qələbəsiz zolağa son qoyub. “Adana Demirspor” isə dalbadal 6-cı matçda 3 xal qazana bilməyib.