“Qarabağ” ilk yoxlama oyununda heç-heçə edib

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, komandamız Bolqarıstanın “Ludoqorets” klubu ilə qarşılaşıb.

Görüşün 36-cı dəqiqəsində rəqib hesabı açıb. 2-ci hissənin əvvəllərində Dani Kintana hesabı bərabərləşdirib – 1:1. Matç bu hesabla da başa çatıb.

Qarşılaşmanın 68-ci dəqiqəsində qapıçımız Şahruddin Məhəmmədəliyev 11-metrlik cərimə zərbəsini dəf edib.

Həmin kateqoriyadan