“Qarabağ” – “Roma” oyununa 58 min bilet satılıb

“Qarabağ”ın çempionlar liqasının qrup mərhələsində “Roma” klubu ilə ilk ev oyununa bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, bu günə olan bilgiyə görə 58 000-ə tamaşaçı matça gəlmək istəyini bildirib.

Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletlərə sahib olduqda şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

“Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da Bakı olimpiya stadionunda start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
Məhəmməd Əmin Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Həmin kateqoriyadan