Qurban Qurbanov: Əlverişsiz hava şəraitinə uyğunlaşmalıyıq

“Güclü  yağışın  oyunumuza təsir etdiyini deməzdim, istədiyimiz oyun alındı. Düzdür, top itkiləri bir az çox oldu, sürət bir az  aşağı  idi. Amma digər  tərəfdən mübarizə çox oldu. Çox istərdim ki, daha sürətli və baxımlı oyun olsun. Yenə də, gərək bu hava şəraitinə uyğunlaşaq. İlk 45  dəqiqə bir meydançada, ikinci  hissəni isə digər meydançada oynadıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində “Piast”la heç-heçə etdikləri oyundan (1:1) sonra deyib

Qol.az-ın məlumatına görə, o, yağışlı havanın proqramlarına hardasa təsir etdiyini söyləyib: “Amma belə hava şəraiti tək bizim yox, digər klubların da oyunlarına təsir göstərir. Sadəcə, bir az sürət aşağı düşür. O da normaldır”. 

Həmin kateqoriyadan