Qurban Qurbanov: Böyük klublarla oyunlar bizə faydalıdır

Çempionlar liqasının 4-cü turunda «Qarabağ» Madriddə «Atletiko» ilə əvəz matçında da heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra «Vanda Metropolitano»da təşkil olunan mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

«Ağır oyun oldu. Baxmayaraq ki, heç-heçə etdik, böyük gərginliklə üzləşdik. Rəqib təcrübəli komandadır. Xeyli qol vəziyyətləri yaratdı. Böyük klublarla oyunlar bizə faydalı olur.

Qırmızı kart vardı. Sevinirəm ki, əzmkar oynadıq, sonda xal qazandıq. Heyətdə itkilər var. İmkan daxilində səhv etməməyə çalşırdıq».

Kamran HACI, Madrid

Həmin kateqoriyadan