Qurban Qurbanov: Son dövrdə bizim üzərimizdə psixoloji təzyiq var

Sabah Ukraynanın Poltava şəhərində Avropa liqasının “E” qrupunun 4-cü turu çərçivəsində “Vorskla”  və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Allsport.az saytı xəbər verir ki, bu gün oyundan öncə Aleksey Butovski adına stadionında baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçirildi:

«Sabah bizi çətin oyun gözləyir. «Vorskla» öz yerində çox aqresiv çıxış edir. Çalışacağıq ki, gedişatı xeyrimizə dəyişək və diqqətli olaq. 4-cü görüşümüzdə xal qazanmaq istəyirik.

Zələlilərə gəlincə, Anqi Aqolli heyətdə olmayacaq. Maksim Medvedev, Dani Kintana və Donald Geryenin durumu normaldır. Onlardan istifadə edəcəyik. Matça əvəz kimi yox, vacib düşünürəm. Anlayıram, rəqib udsa, 6 xalı olacaq və mərhələ adlamaq üçün yaxşı fürsət yaxalayacaq. «Vorskla» deyil, digərləri olsaydı, yenə çıxıb həmin köklənməylə öz oyunumuzu oynayacağıq.

Son dövrdə bizim üzərimizdə psixoloji təzyiq var. Son 5 ildə avrokubokda yalnız bir çıxış edirik. Bu üzdən, psixoloji yorcunluq var. Ola bilsin, bu amil bizi xari mövsüm meydanda son nöqtəni qoymaca mane olur».

Kamran HACI, Poltava

Həmin kateqoriyadan