Rəşad Sadıqov çempionlar liqasının rəmzi komandasında yer alıb

ESPN idman telekanalı öz veriyası üzrə çempionlar liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandasını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 11 futbolçu arasında “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da yer alıb:

Qapıçı: Uqo Lyoris (“Tottenhem”);

Müdafiəçilər: Aleksandr Kolarov (“Roma”), Rəşad Sadıqov (“Qarabağ”), Cons Stounz (“Mançester Siti”), Aleksandr Arnold (“Liverpul);

Yarımmüdafiəçilər: David Luiz (“Çelsi”), Harri Uinks (“Tottenhem”, Kvinsi Promes (“Spartak”), Miralem Pyaniç (“Yuventus”);

Hücumçular: Lionel Messi (“Barselona”), Edin Dzeko (“Roma”).

Həmin kateqoriyadan