Rahid Əmirquliyev: Kopenhagendə çox diqqətli olmalıyıq

“Qarabağ” çempionlar liqasında pley-offun ilk oyununda Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”ə 1:0 hesabı ilə qalib gəldi.

Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun təcrübəli yarımmüdafiəçisi Rahid Əmirquliyev səfərdə daha diqqətli olmalarını qeyd etdi:

“Evdə qol buraxmadan qalib gəlməyimiz yaxşıdır. Amma rəqibin kimliyi məlumdur. Ona görə boşalmaq olmaz. Qrup mərhələsinə düşmək istəyiriksə, Kopenhagendə də çox diqqətli oynamalıyıq”.

Həmin kateqoriyadan