Reynaldo: Ümid edirəm ki, eyni uğurları Almeyda ilə yenidən yaşayacağıq

Qış transfer pəncərəsində “Qarabağ”a dönən Reynaldo Silva komandada ən yaxın yoldaşı olmuş Riçard Almeydanın geri qayıtmasına çox sevinib. Allsport.az saytı xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi onun gəliçi ilə bağlı bunu deyib:

“Riçardın qayıdışına çox sevinirəm. Mənə elə gəlir ki, nəinki mən, bütün azarkeşlər və komanda üzvləri onun dönüşünə çox sevinirlər. Qazaxıstanda bir-birimizə qarşı oyuna çıxmamışdan əvvəl söhbət edəndə, Riçard mənə yenidən “Qarabağ”a dönmək istədiyini bildirmişdi.

Elə alındı ki, hər ikimiz də komandaya qayıtdıq. Təbii ki, burada çox uğurlu günlərimiz olub. Ümid edirəm ki, eyni uğurları yenidən yaşayacağıq”.

Həmin kateqoriyadan