«Rio Olimpiadasına lisenziyanı WSB liqasından qazanmaq istəyirəm»

Boks millimiz gələn mövsümə də ciddi hazırlaşır. Ötən yay olimpiya oyunlarında 2 bürünc medal qazanan rinq ustalarımız bu dəfə ididası daha böyükdür. Allsport.az saytına verdiyi açıqlamada yığmanın aparıcı üzvü Elvin Məmişzadə (52 kq) deyib ki, yanvarda AİBA-nın peşəkar seriyasında mübarizə başlayır. İlk növbədə, əsas məqsəd Rio Olimpiadasına lisenziya qazanmaqdır.

Sitat: «Bildiyiniz kimi, mən həvəskar boksda döyüşmüşəm. Uğurlarım da bu kateqoriyada olub. London oyunlarına da bu proqramda vəsiqə almışdım. Son zamanlar məşqçilər heyətinin qərarına əsasən peşəkar rinqdə çıxış edirəm. Rio Olimpiadasına təsnifat yarışlarına buradan qatılacağam. İnşallah, qismət olsa, başlıca hədəf WSB liqasından lisenziya qazanmaqdır».

Nəzərinizə çatdıraq ki, Elvin Məmişzadə Moskva (2010) və Minsk (2013) şəhərlərində keçirilmiş Avropa çempionatlarında müvafiq olaraq, gümüş və bürünc medal qazanıb.

Həmin kateqoriyadan