“Ronaldinyu akademiyası”nın açılışı düyünə düşüb

“Ronaldinyu akademiyası”nın açılışı yenə təxirə salınıb. Allsport.az saytı xəbər verir ki, bu ayın əvvəlində fəaliyyətə başlamalı olan məktəb ili susqun keçirəcək. 2016-cı ilin oktyabrında məşhur futbolçunun nümayəndə heyəti ilə “Qəbələ” klubunun rəhbərliyi Bakıda anlaşma imzalanıb. Ötən il sentyabrın 1-də məktəbin açılışı olmalı idi. Bunun üçün 1 il öncə – martda Dubayda müqavilə rəsmiləşmişdi. Sözləşməyə əsasən, bugünlərdə məktəbin açılışı olmalı idi. Əhmədlidə akademiya üçün ərazi götürülmüş, tikinti başlanmışdı.
Lakin indi bəlli olur ki, inşaatçılar müəyyən problemlər üzündən tikinti işlərini ləngidib və bu il də akademiyanın açılışı reallaşmayacaq. “Qəbələ” məktəbin gec hazır olacağından xəbərdar olduğu üçün öncə başqa bir yerdə məktəbi açmağı, daha sonra daimi məkana köçürməyi də düşünüb. Lakin bu istək də reallığa çevrilməyib və planlar 2019-cu ilin əvvəlinə kimi təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, İmzalanan 3 illik müqavilə hələ də qüvvədədi və “Ronaldinho Soccer Academy”nın nümayəndələri işlərin gedişi ilə maraqlanır. Onlar üzrlü səbəbdən işlərin ləngiməsini anlayışla qarşılayır və ümid edirlər ki, 2019-cu ilin əvvəlində nəhayət, aysberq yerindən tərpənəcək.

Həmin kateqoriyadan