Rövnəq Abdullayev UEFA prezidentinə namizədliyimizi təqdim edib

Bəlli olduğu kimi, ölkəmiz çempionlar və Avropa liqalarının 2019-cu ildə keçiriləcək final oyununa ev sahibliyi məqsədi ilə Bakı olimpiya stadionunun namizədliyini irəli sürüb.

Allsport.az saytı xəbər verir ki, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına iddiası ilə bağlı hazırlanmış xüsusi təqdimat olub.

Görüşdə vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak ediblər. Görüşlərin təşkil olunacağı stadionlarla bağlı UEFA icraiyyə komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

Həmin kateqoriyadan