- Baxış sayı: 25
- 26 Aprel 2024 15:57
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
“Səbail” dövrələrarası fasilə zamanı növbəti transferini reallaşdırıb. Allsport.az saytı xəbər verir ki, debütant hücumçu Vahid Orazsahedovu heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Türkmənistanlı futbolçu karyerası ərzində “Rubin” (Rusiya), “Nefteximik” (Rusiya), “Daçiya” (Moldova), “Osmanlıspor” (Türkiyə), “Rostov” (Rusiya), “Aşqabad” və “Altın Asr” (Türkmənistan) klublarının üzvü olub.
Onun son komandası “Ahal” da yerlidir. 26 yaşlı hücumçu Türkmənistan millisinin üzvüdür.