Şəhriyar Rəhimov: “Səbail”ilə oyunda xal qazanmaq, psixoloji gərginliyi atmaq üçün fürsətdir

“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov deyib. Təcrübəli müdafiəçi premyer liqanın 18-ci turunda “Səbail”lə oyun haqda bunu əlavə edib:

“Paytaxt klubu ilə görüş bizə həm xal qazanmaq, həm də üzərimizdəki psixoloji gərginliyi atmaq baxımından bir fürsətdir. Niyyətimiz qalib gəlməklə xal ehtiyatını artırmaqdır. Qələbə bizim üçün qarşıdakı oyunlara yaxşı motivasiya ola bilər. Bununla komanda özünə inamı qaytaracaq”.

 

Həmin kateqoriyadan