Şəhriyar Rəhimov: “Sabah”la oyunda 3 xalı hədəfləmişik

“Səbail” premyer liqanın 17-ci turunda “Sabah”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “dənizçilər”in müdafiəçisi Şəhriyar Rəhimov bu görüş barədə fikrini açıqlayıb:

“Sabah” komandası ilə oyunda imkanları gerçəkləşdirə bilsək, 3 xal qazanacağımıza inanıram. Biz qalibiyyətə köklənmişik!”

Bu matç fevralın 17-də saat 15:00-da “Bayıl arena”da start götürəcək.

Həmin kateqoriyadan