Sənan Qurbanov: Oyunun dünən keçirilən hissəsindən narazı qalmışdım

Premyer liqanın 13-cü turunda “Qəbələ” – “Zirə” oyunu 0:0 başa çatıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra ev sahibi komandanın baş məşqçisi Sənan Qurbanov bunu deyib:

“Keşlə” ilə matçda yaxşı oynamışdıq. Bu dəfə komandada bir az boşalma hiss etdim. Çalışdıq bunu aradan qaldıraq. Həmişə qələbədən sonra müsbət məqamları daha da yaxşılaşdırmaq istəyirik. Bu matçda yaxşı oynadığımızı deyə bilmərəm. Mübarizə apardıq.

Təəssüf ki, real qol vəziyyətimiz olmadı. Ceyms Adeniyinin yoxluğu hiss olundu. Ön xətdə kəsərli hücum yarada bilmədik. Ceymslə Stiven Monrozun anlaşmasının üzərində məşqlərdə də işləyirik və bəhrəsini görmüşük. Bu dəfə Monroz tək qalmışdı. Oyunun dünən keçirilən hissəsindən narazı qalmışdım.

Həmin bölümü təhlil etdik. Futbolçulara da çatışmazlıqları göstərdik. Bu gün oyunçularda istək var idi. Amma tələskənlik hiss olunurdu. Futbolçular hücuma çıxanda daha çox tələsirdilər”.

Həmin kateqoriyadan