Şahin Diniyev: Fərdi cəhətdən oyunu öz üzərinə götürə bilən futbolçularımız azdır

“Kəpəz” – “Neftçi” oyunundan sonra mətbuat konfransı keçurulub. Allsport.az saytı xəbər  verir ki, həmkarlarımızla görüşdə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyevin matçla bağlı fikri belə olub:

“Məğlubiyyətə baxmayaraq mən komandadan razı qaldım. Stabil oyunumuzu tuta bilmirik. “Qəbələ”yə qalib gəlib, “Zirə” önündə ilk yarıda tab gətirə bildik. Bu gün də uduzduq. İkinci hissə yaxşı oynadıq, qol vurmaq istəyirdik. Evdə uduzmağı heç kim istəməz.

İlk yarıda Viktor Oseqeyl təkbətəkdən istifadə edə bilmədi. Acınacaqlı vəziyyətdə qol buraxdıq. Bununla da oyun əldən getdi. Fərdi cəhətdən oyunu öz üzərinə götürə bilən futbolçularımız azlıq təşkil edir.

Rəqibin müdafiəsini yara bilmədik. Bu gün məsuliyyəti mən daşıyıram, futbolçular yox. Komanda çalışdı, vuruşdu. Vəziyyətlə barışmamalıyıq, mübarizə aparmalıyıq”.

Həmin kateqoriyadan