- Baxış sayı: 25
- 26 Aprel 2024 13:46
- Baxış sayı: 48
- Aprel 23, 2024
- 0
2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı olacaq. Allsport.az saytı xəbər verir ki, Samir Əliyevin komandası hazırlıq çərçivəsində martın 22-də və 24-də Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət millisi ilə yoldaşlıq oyunları keçirəcək. Toplanışa 23 futbolçu dəvət olunub:
Sultanov Elməddin, Qurbanov Samir, Məhərrəmov Məhəmməd, Rzayev Veysəl (hamısı – “Qəbələ”), Qurbanlı Nihad, Əkbərov İnqilab, Əbiyev İlkin, Zülfüqarlı İsmayıl, Əsgərov Vüsal (“Neftçi”), Verdiyev Hikmət, Qarəhmədov Ədilxan, Həsənzadə Raul, Tağıyev Elşad, Bəşirov Xəlil, Məmmədov Murad (“Səbail”), Ağayev Ələkbər, Abdullazadə Rüfət, Abdullazadə Səbuhi (“Sumqayıt”), Əhmədov Ramin (“Zaqatala”), Quliyev Nihad, Arazlı Ayxan (“Qarabağ”), Rəhimli Cavidan (MOİK) və Xanhüseyinli Zahir (“Zirə”).