Samir Abbasov: İşlədiyim klublarda heç-heçənin arxasınca düşən adam olmamışam

Topaz premyer liqasının 10-cu turunda “Zirə” – “Səbail” arasında görüş 0:0 bitib. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Samir Abbasov bunu deyib:

“Belə oyundan sonra nəsə demək çox çətindir. Futbolçuların paltardəyişmə otağındakı üzüntüləri mənə də keçir. Çox çalışıram ki, onları həvəsləndirim. Yenə də, bu oyunlar məni motivasiya edir. Yaxşı addımlayırıq.

Mən işlədiyim klublarda heç-heçənin arxasınca düşən adam olmamışam, sevinməmişəm. Düşünmüşəm ki, bizi izləyənlər, əziyyət çəkənlər var. Bu gün meydanda bir komanda var idi. Bu oyun bizi ruhdan salmalı deyil, gələn oyunlara hazırlaşacağıq”.

Həmin kateqoriyadan