“Sumqayıt” Əfran İsmayılovu heyətinə cəlb edib

4 futbolçu ilə anlaşmanı yeniləyən “Sumqayıt” yeni mövsüm üçün transferi edib. Allsport.az saytı xəbər verir ki, komandamız ötən rəqabəti “Qarabağ”da keçirmiş Əfran İsmayılovla 1-illik sözləşib. O, “kimyaçılar”da 22 nömrəli formada çıxış edəcək.

Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”də (10 oyun, 3 qol) oynayıb. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qol vurub.

Həmin kateqoriyadan